main-post-cover

    iPhone 6 Plus, bir adamın yatağında od tutub yandı.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    ABŞ'ın Atlanta şəhərində yaşayan bir adamın telefonu heç bir səbəb olmadan qəflətən alovlanıb.
    Əvvəl ki, məlumatlarımızda sizə orginal olmayan USB bağlayıcılardan istifadə edən insanların telefonları ilə yaşadığı alovlu macəralardan danışmışdıq. Bu dəfə vəziyyət bir qədər fərqlidir. Heç bir səbəb olmadan, bütün hissələri orginal olan iPhone 6 plus sahibin yanında çarpayıda od tutub yandı. Telefonu enerjiyə bağlı şəkildə yatağa daxil olan və yuxuya gedən bir nəfər gecə yatağında istilik hiss etməsilə yuxusuna haram qatmalı olub. Yanında yatızdırdığı iPhone 6 plus-un alovlandığını görən bu amerikalı dərhal onu söndürərək böyük faciənin qarşısın alıb. Yanan telefonu Apple-a geri göndərən əvəzində yeni bir iPhone 6 plus alan bu adam hələ də hadisənin sarsıntısın üzərindən ata bilməyib. Grimsley, bu hadisədən çox təəssüfləndiyini bildirərək "iPhone"-a olan güvənin təmamən itdiyini qeyd edib.
    Bu hadisədən sonra yəqin ki, sizlərdə telefonu enerjiyə taxılı şəkildə yanınızda yatırmaq vərdişlərindən üz döndərmiş olarsınız.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər