main-post-cover

    iPhone 6s iPhone 6s Plus-dan daha çox məşhurdur

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Localytics şirkətinin apardığı müşahidələr nəticəsində bəlli olub ki, bazarda birinci həftədən başlayaraq iPhone 6s iPhone 6s Plus-dan daha yaxşı satılır. iPhone 6s 4 dəfə məşhurdur. Apple şirkətinin istifadədə olan bütün smartfonlarının 1.9% payı yeni model iPhone-ların üzərinə düşür (iPhone 6s - 1.5%, iPhone 6s Plus - 0.4%). Bir həftə bundan qabaq Apple daha bir rekorda imza atmışdır. Belə ki, yeni model iPhone-ların satışa çıxdıqları ilk 3 gün ərzində şirkət 13 milyon iPhone satmağa nail olmuşdur. Bir il bundan qabaq çıxmış iPhone 6 və iPhone 6 Plus modelləri isə həmin vaxt ərzində 10 milyon ədəd göstərici ilə satılmışdır. Ümumuilikdə Apple-ın bütün smartfonlarının 32% payı ilə iPhone 6 birinci yerdə durur. Daha sonra iPhone 5s və iPhone 5 gəlir (23.2% və 11.2%).
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər