DxO Mark mütəxəssisləri iPhone 6S-in kamerasını test edib və nəticələrdən razı qalmayıblar. Apple-ın gördüyü iş, reytinqin lideri Xperia Z5-dən əməlli başlı geri qalır. Ümumilikdə götürdükdə isə 6S-in kamerası 2015-ci ildə işıq üzü görən bütün smartfonların kameralarından, hətta keçən ilki Apple flagmanlarından və Galaxy Note 4-ün kamerasından xeyli zəifdir.
Mütəxəssislər ekspozisiyanı, yüksək sürəti, avtofokusun dəqiqliyini və ağ rəngin balansını yüksək qiymətləndiriblər. Kameranın əsas mənfi cəhəti isə yaxşı işıqlandırma olmayan məkanlarda şəkillərin "küylü" olmasıdır.
Şərh yoxdur