Çində internetdən iPhone 6s sifariş edən xanım böyük surprizlə qarşılaşıb.
Daha əvvəl bəzi internet mağazalarından alınan texnoloji chazların qutularından cıxan fərqli məhsulları sizlərə təqdim etmişdik. Bunlardan bəziləri sırf istehsalçı xətaları bəziləri isə aldatmaq məqsədilə baş verirdi. Məsələn, keçən həftə Malaziyada Nexus 6P sifariş edən gənc telefonun qutusun açanda 16 dollarlıq sırğa ilə qarşılaşmışdı. Buna bənzər hadisə isə bu dəfə Çində baş verib.
Çin\'in Wuxi şəhərində, Zhao soyadlı bir qadın internet üzərindən iPhone 6s alıb ve təxminən 525 dolar ödəyib. Böyük həvəslə aldığı telefonun qutusunu açan xanım böyük sürprizlə qarşılaşıb.
Shanghaiist\'in xəbərinə görə xanım, qutudan çıxan "armud" logolu fərqli bir iPhone\'la qarşılaşıb.
Telefonu geri qaytara bilməyən qadın, telefonun texniki cəhətdən heç bir probleminin olmadığını qeyd edib.
Şərh yoxdur