

Kamera mövzusuna bu il tam mənası ilə diqqət ayıran "Apple”, iPhone 7 modelində 4K keyfiyyətdə 60FPS video çəkilişi edə bilən bir kameraya yer verəcək!
Bugünə qədərki iPhone modellərinin ciddi və yaxşı bir imic əldə etdiyini bilirik, ancaq xüsusilə kamera mövzusunda iPhone-ların digər bəzi telefon modellərinə görə geridə qaldığı açıq-aşkar ortadadır. Ancaq "Apple”, rəqiblərindən bəlkə də biraz geri qaldığı tək xüsusiyyət olan kamera barədə vacib addımlar atır. Bugün, Bakı saatı ilə 21:00-da San Fransiskoda keçiriləcək olan "Apple” təqdimatında nümayiş etdiriləcək olan iPhone 7 ilə bizləri bir neçə saat ayırır.
iPhone 7-nin Təqdimatına Saatlar Qaldı!

Üstəlik bu xəbərdə danışdığımız bütün detallar, sadəcə standart iPhone 7 modelinə aiddir. İki arxa kamera ilə gələcək iPhone 7 Plus modeli kamera barədə çox daha uğurlu bir performansa sahib olacaq.
Bugün rəsmi olaraq təqdim ediləcək iPhone 7-nin təfərrüatları ilə bütün xüsusiyyətlərini "Technote.az” olaraq sizlərə saniyə-saniyə çatdıracağıq.
Şərh yoxdur