iPhone 7 haqda bilməli olduqlarınız
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Apple"ın yeni məhsulu olacaq iPhone 7-nin
sentyabrın 7-si istifadəçilərə təqdim olunması nəzərdə tutulur. Yeni modeldəki
funksiyaları sir kimi saxlayan "Apple", məlumat verməsə də iPhone 7 ilə bağlı məlumatlar
mətbuata sızmaqda davam edir. iPhone 7-də hansı
hansı yeniliklərin olması, hər kəsə maraqlıdır.
Xarici mənbələrdən toplanan məlumatları nəzərə
alsaq, iPhone 7 modelində aşağıdakı yeniliklərin olacağını demək olar.
ABŞ-da yerləşən patent institutu "Apple"ın, Apple Watch-dakına bənzər bir düymə (klaviş) üçün 2014-də etdiyi müraciəti qəbul
etdiyini bildirmişdi. Bu düymənin iPhone 7-de istifadə olunacağı haqda fikirlər
səslənir. Başqa bir mənbədən bildirilir ki, cihazın 16GB yaddaş dəstəkləyəcəyi
nəzərdə tutulmur.
ABŞ-da yerləşən şirkət, ağıllı
telefonlara virtual reallıq xüsusiyyəti verən tətbiqin də patentini almışdı və
bu yeniliyin iPhone 7-də istifadə olunacağı da istisna olunmur. Telefonda həmçinin Wireless charging, yəni naqilsiz şarj olacağı da bildirilir. Cihazın suya və zərbəyə daha davamlı olması
gözlənilir.
Deyilənləri nəzərə alaraq demək olar ki, iPhone
7 və iPhone 7 Plus-un "SanDisk" və ya "Toshiba" tərəfindən dəstəklənən, sürətli 3D NAND
flash kimi yeni bir funksiyası ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ