Reklam
iPhone 7 haqqında növbəti sızıntı: Daha böyük batareya

iPhone 7 haqqında növbəti sızıntı: Daha böyük batareya

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Çin mediasında yer alan yeni məlumatlar iPhone 7\'nin batareyası haqqındadır.

Apple\'ın maraqla gözlənilən növbəti modelləri haqqında şaiyələr çoxalmaqda davam edir. Böyük ehtimalla iPhone 7iPhone 7 Plus adlandırılacaq növbəti iki model sentyabr ayında bizlərə təqdim olunacaq. Ənənəvi olaraq model təqdim olunmamışdan əvvəl haqqında məlumatlar və şaiyələr yayılır. Bu dəfə yeni modellər haqqında məlumat Çin əsaslı mənbələrdən gəldi. Weibo saytında paylaşılan şəkillərə əsasən yeni iPhone\'un batareyası haqqında məlumat verə bilərik. Yer alan məlumata görə iPhone 7\'də Apple bu dəfə 1735 mAh tutuma malik batareyadan istifadə edəcək. iPhone 6s ilə müqaisədə batareyanın cəmi 20 mAh həcmində artdığını görürük. iPhone 7 Plus\'da isə bu göstəricinin 2810 mAh\'a bərabər olması gözlənilir. Uyğun olaraq isə iPhone 6s Plus\'da batareya 2750 mAh\'dır.


Bu həcmdə artımın iPhone 7\'də enerji istifadəsinə nə qədər təsir edəcəyi haqda məlumat vermək biraz çətindir. Nəzərə alsaq ki, telefonun parametrləri və funksiyaları hələlik məlum deyil. Amma ilkin versiyalara baxsaq görünən odur ki, Apple bu dəfə də iPhone üzərində ciddi dəyişikliklər etməyəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×