main-post-cover

    iPhone 7-nin yeni şəkilləri yayımlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    TechTastic.nl saytı Çin əsaslı mənbələrdən iPhone 7-nin yeni görüntülərini yayımlayıb.

    Artıq sızıntıları ilə təqdimatına heç bir maraq qalmayan iPhone 7-dən demək olar ki, hər gün sızıntı ortaya çıxır. Son olaraq video görüntüləri belə sızdırılan bu model haqqında artıq bilmədiyimiz məlumatlar qalmayıb deyə bilərik. Bu dəfə isə yenə iPhone sızıntıları ilə məşhurlaşan bir mənbə TechTastic.nl  iPhone 7-nin növbəti görüntülərini yayımlayıb. Ənənəvi olaraq isə mənbə yenə də Çindir. Yeni şəkillərə nəzər saldıqda yayımlanan görüntülər, əvvəlki sızıntıları təsdiqləyir. Böyük ehtimalla şəkillərdə olan iPhone maketdir və işlək telefon deyil. Amma ümumi olaraq nəticə çıxarsaq gələn sızıntıların demək olar hamısı bir-birilərini təsdiqləyir və iPhone 7 böyük ehtimalla şəkildəki kimi olacaq.





     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər