Apple-ın Sentyabr anonsu yaxınlaşdıqca şailər və faktlar durmadan artır. Və budur iPhone 7-nin dizaynı haqqında ilk faktlar artıq özünü çox gözlətmədi.
iPhone 7-i, 6S və 6S Plusun dizaynını davam etdirəcək. Lakin iki fərq var.
Birinci: Arxa kamera
Artıq telefonun kamerası korpusdan çıxıntı kimi olmayacaq. Apple kameranı əvvəlki 5S seriyasını qədərki halına gətirməyi planlaşdırır. Bir neçə gündür interneti çalxalayan ikili kamera isə yalnız iPhone 7 Plusda olacaq.
İkinci: Antenalar
iPhone arxasında olan antena xəttləri artıq olmayacaq. Arxa tərəfi artıq sırf metaldan ibarət olacaq. Lakin kənar tərəflərdəki antenalar isə öz yerində qalacaq.
Şərh yoxdur