main-post-cover

    iPhone 7-in OLED ekranını Samsung istehsal edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung dünyanın ən böyük smartfon istehsalçılarından biri olmaqla yanaşı eyni zamanda digər kompaniyalar üçün hazırladığı telefon panelləri ilə də tanınır. Əvvəllər Apple-ın iPhone modelləri üçün də ekran satan şirkət deyəsən bir daha bazardaki ən böyük rəqibi ilə əməkdaşlıq edəcək. Şayiələrə görə Apple-ın yeni smartfonu iPhone 7 IPS əvəzinə  OLED panellərdən istifadə edəcək və bu panellərin istehsalçısı da Samsung olacaq. Hətta bəzi mənbələr Samsung-un OLED ekranların istehsal sürətini artırmaq və daha keyfiyyətli panellər hazırlaya bilmək üçün 7 milyard dollarlıq tədqiqata da start verdiyini bildirib. Əgər şayiələr doğru olsa o zaman Samsung cəmi bir ay ərzində 45.000-dən çox OLED panel isteshal edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər