

Yeni model iPhone-nun təqdimatına bir aydan bir qədər çox müddət qalır. Guya ki, Apple-ın planları ilə yaxından tanış olan mənbələr yeni çıxacaq cihazın fotolarını paylaşmaqdan bezərək onun nə vaxt satışa çıxacağı haqqında fikirlər söyləməyə başlayıblar. Ənənəvi olaraq Apple yeni iPhone-nun təqdimatını sentyabr ayının ikinci həftəsində keçirtməyi planlaşdırır. Keçən il tədbir 9 sentyabr, ön sifariş 12 sentyabr, cihazın rəsmi satışı isə 25 sentyabr tarixlərində baş tutmuşdur. Əgər bu il şirkət öz ənənəsindən geri qalmasa tədbir 5-11 sentyabr həftəsində baş tutmalıdır. Əvvəlki illərdə iPhone modellərinin təqribi olaraq təqdimat tarixlərini öncədən söyləmiş məşhur müxbir Evan Blass öz Twitter hesabında yeni model iPhone-nun 12-18 sentyabr həftəsində təqdim olunacağını bildirib. Nəzərə alsaq ki, keçən il tədbir çərşənbə günü olmuşdur, çox güman ki, bu ilki tədbir də həftə ortası (14 sentyabr) keçiriləcək. Blass həmçinin qeyd edib ki, cihazın satışlarına 16 sentyabr tarixində start veriləcək.
Şərh yoxdur