main-post-cover

    iPhone 7-ni dünyanın ən yüksək binasından aşağı atdılar (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhone 7çıxışından bu yana bir çox test ilə sınandı. Suya davamlılıq, cızılmağa davamlılıq və s. deyərkən məşhur bir YouTuber isə iPhone 7-ni indiyə qədər edilməyən test ilə sınadı və yeni iPhone 7-ni dünyanın ən yüksək binasından aşağı atdı.
     
    Biz hələ iPhone 7-nin Azərbaycanda bazara çıxmasını gözləyərkən TechRax adlı bir YouTube kanalı cihazı qeyri-adi bir üsulla test etdi. Texnoloji cihazları parçalaması ilə tanınan Taras Maksimuk, Dubaydakı dünyanın ən yüksək binasına çıxdı. Gənc YouTuber-in Bürc Xəlifə (Burj Khalifa) binasına çıxışından iPhone 7-ni aşağı atışına qədər yaşananları an ba an qeyd altına alındı. Xatırladaq ki, dünyanın dörd bir yanından turist çəkən Bürc Xəlifə 161 mərtəbəli və 828 metr uzunluğundadır. Təxminlər iPhone7-nin düşdükdən sonra paramparça olduğu istiqamətindədir. Təxminən deyirik, çünki Taras Maksimuk cihazı binadan aşağı atdıqdan sonra, iPhone 7-ni tapa bilmir. Bir çox adam tərəfindən həqiqəti sorğulanan bu video indiyə qədər demək olar ki, 2 milyondan çox izlənildi.

     
        Polad Tağıoğlu
       Redaktor
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər