main-post-cover

    iPhone 7-ni enerji yığması üçün sobaya qoydular. Nəticəsi maraqlı oldu (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple” pərəstişkarları yenidən istifadəçilərlə sosial şəbəkələrdə çox pis zarafat ediblər.

    Belə ki, internetdə iPhone 7modelinin mikrodalğalı sobada sürətli enerji yığma funksiyası ortaya çıxıb. Bu məlumatı yayan istifadəçilər qeyd edirlər ki, "Apple” şirkəti cihazın naqilsiz enerji yığma problemini aradan qaldırıb. iPhone 7-nin bu gizli imkanından istifadə etmək üçün isə cihazı sadəcə olaraq mikrodalğalı sobaya yerləşdirib sobanı yandırmaq lazımdır. Guya iPhone 7-də olan "iPhone 7 Wave” funksiyası sayəsində cihaz 30 saniyə ərzində enerji yığır. TechRax adlı videoblogger bunu öz iPhone 7 smartfonunda yoxlamağı qərara alıb. O, öz smartfonunu mikrodalğalı sobaya yerləşdirib və sobanı yandırıb. İlk cəhddə smartfon 46% enerji yığıb. Lakin o smartfonun 100% enerji yığmasını istəyib. Nəticədə nə olduğunu görmək üçün aşağıdakı videonu izləyin.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər