main-post-cover

    iPhone 7-nin Home düyməsi necə olacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    iPhone 7 cəbhəsindən sızıntılar gəlməyə davam edir. Apple'ın iPhone 7 ilə birlikdə home düyməsində dəyişikliyə gedəcəyi ortaya çıxdı. Budur yenilənən home düyməsinin detalları!

    Apple'ın sentyabr ayında təqdim edəcəyi yeni ağıllı telefonu iPhone 7 haqqında, yeni sızıntılar gəlməyə davam edir. Təchizat cəhətdən böyük dəyişikliklərin gözlənildiyi telefon, daha inkişaf etmiş bir home düyməsinə sahib olacaq.

    Mobipicker tərəfindən sızdırılan vizual görüntü‚ iPhone 7 ilə birlikdə home düyməsinin sensor formasına salındığı görünür. Çünki, düymə olduqca sabit və boşluqsuz bir görünüşə sahibdir.

    Apple düymənin xarab olmaq problemindən xilas olmaq istəyir!

    Apple'ın fiziki home düyməsinə vida etməsinin bir digər səbəbi olaraq, xüsusilə iPhone 5'dən sonra çox istifadə nəticəsində baş verən düymənin xarab olmağı problemi göstərilir. Düymənin bir neçə hissədən ibarət olmağı xarab olma ehtimalını artırır. Həmçinin, Apple'ın su keçirməzliyi təkmilləşdirmək üçün fiziki düyməni aradan qaldırmaq istədiyi sızıntılar arasındadır.
     
    iPhone 7-nin Home düyməsi necə olacaq?


    Sensor düymə quruluşuna keçid ilə birlikdə telefonun kilidini açmaq üçün bir dəfə toxunmağın kafi olduğu, Siri'ni açmaq üçün isə düyməni sıxıb saxlamaq lazımdır. Təbii ki, vizual görüntünün doğruluğu haqqında bir məlumat yoxdur. Ancaq, Apple'ın iPhone 7 üçün yeni bir home düyməsi üzərində çalışdığı uzun müddətdir deyilir.

    iPhone 7 ilə birlikdə bu cür kiçik fərqliliklərin yanında dizayn cəhətdən ciddi dəyişikliklərin olmağı gözlənilmir. Çünki, Apple'ın iPhone 6S'ə oxşar dizayndan istifadə edəcəyi gözlənilir.
    Linki kopyala