iPhone 7-nin Home düyməsi necə olacaq?

iPhone 7-nin Home düyməsi necə olacaq?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

iPhone 7 cəbhəsindən sızıntılar gəlməyə davam edir. Apple\'ın iPhone 7 ilə birlikdə home düyməsində dəyişikliyə gedəcəyi ortaya çıxdı. Budur yenilənən home düyməsinin detalları!

Apple\'ın sentyabr ayında təqdim edəcəyi yeni ağıllı telefonu iPhone 7 haqqında, yeni sızıntılar gəlməyə davam edir. Təchizat cəhətdən böyük dəyişikliklərin gözlənildiyi telefon, daha inkişaf etmiş bir home düyməsinə sahib olacaq.

Mobipicker tərəfindən sızdırılan vizual görüntü‚ iPhone 7 ilə birlikdə home düyməsinin sensor formasına salındığı görünür. Çünki, düymə olduqca sabit və boşluqsuz bir görünüşə sahibdir.

Apple düymənin xarab olmaq problemindən xilas olmaq istəyir!

Apple\'ın fiziki home düyməsinə vida etməsinin bir digər səbəbi olaraq, xüsusilə iPhone 5\'dən sonra çox istifadə nəticəsində baş verən düymənin xarab olmağı problemi göstərilir. Düymənin bir neçə hissədən ibarət olmağı xarab olma ehtimalını artırır. Həmçinin, Apple\'ın su keçirməzliyi təkmilləşdirmək üçün fiziki düyməni aradan qaldırmaq istədiyi sızıntılar arasındadır.
 


Sensor düymə quruluşuna keçid ilə birlikdə telefonun kilidini açmaq üçün bir dəfə toxunmağın kafi olduğu, Siri\'ni açmaq üçün isə düyməni sıxıb saxlamaq lazımdır. Təbii ki, vizual görüntünün doğruluğu haqqında bir məlumat yoxdur. Ancaq, Apple\'ın iPhone 7 üçün yeni bir home düyməsi üzərində çalışdığı uzun müddətdir deyilir.

iPhone 7 ilə birlikdə bu cür kiçik fərqliliklərin yanında dizayn cəhətdən ciddi dəyişikliklərin olmağı gözlənilmir. Çünki, Apple\'ın iPhone 6S\'ə oxşar dizayndan istifadə edəcəyi gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×