main-post-cover

    iPhone 7 Plus haqqında yeni məlumat: RAM həcmi açıqlandı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple” tanıtımından sonra iPhone 7 və iPhone 7 Plus haqda məlumatlar gəlməyə davam edir. Belə ki, Geekbench testində iPhone 7 modelinin daha bir xüsusiyyəti haqda açıqlama verilib

    "Apple” tanıtım mərasimində iPhone 7 və iPhone 7 Plus modellərinin tanıtımında bir çox xüsusiyyətləri sirr olaraq saxlamışdı. Amma artıq günlər keçdikcə bu xüsusiyyətlərə aydınlıq gəlməkdə davam edir. Təqdimatda sadəcə şarj saxlama müddəti haqda məlumat verən şirkət rəsmiləri cihazların RAM-ı haqda məlumat verməmişdilər.

    iPhone 7 Plus RAM-ı haqda məlumat verilib

    iPhone 7 Plus modelində istifadə olunan RAM həcmi 9to5mac saytının yayımladığı Geekbench testində məlum oldu. iPhone 6S seriyasında 2 GB RAM-a keçid edən "Apple”, bu dəfəki yeni iPhone 7 Plus modelində 3 GB RAM istifadə edib. Bu gözlənən yenilik idi. Çünki bu modeldə cüt arxa kameranın olması bu yeniliyi tələb edirdi. 4 nüvəli Apple A10 Fusion prosessorundan güc alan iPhone 7 Plus, tək nüvədə 3.233, cüt nüvədə 5.363 bal almağı bacarıb. iPhone 7 Plus modeli yeni prosessorunun sayəsində A9X prosessoruna sahib iPad Pro-nu arxada qoymağı bacardı. iPhone 7 Plus yaddaş seçimi 32/128/256 GB şəklindədir. Beləliklə, "Apple” yeni modelləri ilə 16GB-lıq modellərə son qoydu. Son olaraq, İPhone 7 modelində yer alan RAM miqdarının da qısa zamanda açıqlanması gözlənilir. Daha əvvəllər ortaya çıxan məlumatda iPhone 7 modelində 2 GB RAM olduğu deyilmişdi.
    Linki kopyala