Apple’ın sentyabr ayında təqdim edəcəyi iPhone modelləri haqqında sızıntılar gəlməyə davam edir.
İndi də iPhone 7 Plus’a aid olduğu iddia edilən cüt kamera modulu və 250GB daxili yaddaş daxil SanDisk NAND yaddaş yongaları sızdırıldı.
iPhone 7 haqqındakı şaiyələr arasında cüt kamera və 256 GB daxili yaddaş da var idi. @OnLeaks\'in Weibo hesabı vasitəsilə bir şəkil yayımlanıb. Bu şəkildə cüt kamera modulu görünür. Bu modulun Apple iPhone 7 Plus üçün istehsal edildiyi iddia edilir. Eyni şəklin üstündə 16GB, 64GB və 256GB yaddaş ilə yenə iPhone 7 Plus’a aid olduğu deyilən SanDisk NAND yaddaş yonqularının olduğu görünür.
Aşağıda sızdırılan şəkillərə baxa bilərsiniz.
Şərh yoxdur