

Apple Premium Reseller statuslu
firma mağazalar şəbəkəsi Alma Store xəbər verir ki, iPhone seriyasının ən
qabaqcıl modelləri olan iPhone 7 və iPhone 7 Plus smartfonları Azərbaycanda
olan alıcılar üçün bu həftənin cümə günü, yəni 4 Noyabr tarixində rəsmi şəkildə
təqdim olunacaq. Alma Store firma mağazalar şəbəkəsi "Apple”ın Azərbaycandakı yeganə
tərəfdaşıdır ki, Apple Premium Reseller statusuna sahibdir. Bu status "Apple”ın
dünya standartlarına cavab verən pərakəndə mağazalara "Apple” tərəfindən
verilir. Alma Store-da təqdim olunan bütün "Apple” məhsulları Azərbaycana rəsmi
şəkildə idxal olunurlar və illik zəmanət dəstəyinə sahibdirlər. Bundan əlavə
olaraq Alma Store öz müştərilərinə cihazların sazlanması, onların təlimatlandırılması
və dəstəklənməsi xidmətlərini "Apple” tərəfdaşlarının dünya standartları üzrə təqdim
edir. Həmçinin qeyd etmək etmək istəyirik ki, Alma Store alıcılarına servis
xidmətləri Zərifə Əliyeva küç. 24-də yerləşən və Azərbaycanda yeganə rəsmi
Apple servisi olan servis mərkəzində təqdim olunur.
Tədbirə qoşulmaq üçün buraya daxil olun.
Şərh yoxdur