iPhone 7 və iPhone 7 Plus modelləri stoklarda tükəndi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Jet Black və Black deyə adlandırılan parlaq və mat qara iPhone 7 və iPhone 7 Plus modellərinin stokları bitib
"Apple" nümayəndələrinin
verdiyi məlumat iPhone 7 gözləyənləri bir qədər kədərləndirə bilər. "Apple"ın yeni nəsil modelləri iPhone 7 və iPhone 7 Plus, dizayn baxımından iPhone 6 seriyasından o qədər də fərqlənmir.
Bu modelləri bir-birindən fərqləndirən əsas ünsür rəng seçimidir.
iPhone 7-lərə tələbin artması
iPhone 7 və iPhone 7 Plus modellərinə yüksək
tələb mövcuddur. Xüsusilə Galaxy Note 7 modellərində baş verən partlama
faktları yeni modellərə olan tələbi artırır. Həm operatorlar, həm də Apple
Store üzərindən verilən sifarişlər "Apple"ın yeni modellərinin stoklarının bitməsinə
səbəb olub.
iPhone 7-lər stoklarda yoxdu
16 Sentyabr başlaması nəzərdə tutulan ilkin
satışlarda, alıcılar ön sifariş verməyiblərsə, yeni modelləri almaq mümkün olmaya bilər.
Ön sifarişlərdən stokları bitən "Apple" tədarük işlərinə davam edir. Gələn həftədən qara iPhone 7 modellərini
yenidən stoklarda görmək mümkün olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək