iPhone 7-yə Çox Fərqli Üsul İlə Qulaqlıq Girişi Açan Adam (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 6937 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

iPhone 7-də qulaqlıq girişinin aradan qalxması əyləncə mövzusu olmağa davam edir.

"Apple "ın yeni iPhoneları iPhone 7 və iPhone 7 Plus, bəlkə də indiyə qədər bazara çıxmış iPhonelar içərisində ən radikal dəyişikliyə sahib olanlarıdır. Sözünü etdiyimiz bu radikal dəyişiklik isə sizin də təxmin edə biləcəyiniz kimi ləğv edilən qulaqlıq girişidir.
"Apple " bu həmləsini böyük bir yenilik olaraq təqdim etdi ancaq bu yenilikdən məmnun qalmayan "Apple " istifadəçilərinin sayı olduqca çoxdur. Vəziyyət belə olduqda da, "Apple "ın bu həmləsi çox insan üçün əyləncə, lağ mövzusu halına gəlib. "TechRax " adlı kanalın sahibi olan YouTuber üçün də bu mövzu gündəmdədir. iPhone 7 alan YouTuber, "çox fərqli " bir üsulla yenidən telefona qulaqlıq girişi qazandırdı.