iPhone 7-yə ilk "söz atan" firma "Asus" oldu!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Apple"ın iPhone 7 modellərini təqdim etməsindən sonra rəqiblərdən istehzalı mesajlar gəlməyə başladı. iPhone 7 modellərinə ilk "daş atan" firma isə Zenfone 3 Modeli ilə "Asus" oldu.
"Apple"ın 7 Sentyabrda San Fransiskoda təqdim etdiyi iPhone 7 modelləri, uzun müddət gündəmdən düşməyəcək kimi görünür.Dizayn baxımından çox da fərqli yeniliklərə sahib olmayan iPhone 7, bu barədə də kifayət qədər tənqid alacağa oxşayır. Artıq ilk tənqidi yanaşma "Asus" şirkəti tərəfindən gəldi. "Apple" iPhone 7 modellərində antena cizgilərini incəldərək daha yaxşı bir görkəmə sahib olduğunu bildirdi. Xüsusilə Jet Black adlı qara rəngli modeldə hardasa heç görünməyən antena cizgilərinə "Asus", Twitter hesabından "söz atdı".
"Antenanın təkamülü" başlıqlı yazısında, iPhone 5s, iPhone 6 və iPhone 7 görülərkən, gələcəkdəki görünməz antenalı model yerinə öz məhsulları olan ZenFone 3 Deluxe modelini qoyaraq, iPhone 7-nin antena cizgilərindən yola çıxdığı bu yeniliyə daş atmış oldu.
Bir başqa tweetində isə iPhone 7-də yer almayan 3.5 mm-lik qulaqlıq girişinə münasibət bildirən "Asus", iPhone 7-ə sataşan ilk firma oldu. Ancaq son olmayacağı dəqiqdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)