main-post-cover

    iPhone 7\'də çərçivəsiz ekran olacaq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple'ın 2016-cı il Sentyabrda satışa çıxarması gözlənilən yeni iPhone modellərinin xüsusiyyətləri barədə indidən iddialar səslənməyə başlanıb. Şirkətə yaxın olan mənbələrin iddialarına görə iPhone 7 ilə birlikdə Apple böyük dizayn dəyişikliyi edəcək. Belə ki, iPhone 7'nin çərçivəsiz ekrana sahib olacağı söylənilir. Hətta Apple şirkətinin bu modeldə home düyməsinidə ləğv edəcəyi iddia olunub. Yeni iPhone'un 3GB RAM'a sahib olacağı və telefonun digər iPhone'lara nəzərən olduqca güclü prosessor ilə təmin olunması gözlənilir. TrendForce araşdırma şirkətinin hesabatına görə yeni iPhone modelində 3GB RAM və su keçirməzlik özəlliyi olacaq. Sony'nin Xperia seriyasında tətbiq etdiyi bu xüsusiyyət olduqca səs gətirmiş, yaxşı marketinq strategiyası olduğu söylənilir. 3GB RAM istifadə olunması isə telefona əlavə güc verərək, ağır oyunlarda olarkən açıq qalan digər proqramların bağlanmasının qarşısını alacaq. Apple'ın su keçirməzlik xüsusiyyətinin necə tənzimləyəcəyi bilinməsə də, yeni modellərin su keçirməz dizaynda olacağı iddia olunur. Yeni iPhone'a aid indiyə qədər gələn iddialar isə belədir: Yeni modeldə prosessorun adı A10 olacaq, iPhone 7 və 7 Plus’ın SanDisk və ya Toshiba tərəfindən tənzimlənən sürətli 3D NAND flaş kimi yeni özəlliyi ola bilər, indiyə qədərki ən incə model olacaq, ölçüləri təxminən 6.0 - 6.5 mm arasında genişliyə sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər