iPhone 7 'də çərçivəsiz ekran olacaq!

iPhone 7 'də çərçivəsiz ekran olacaq!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple\'ın 2016-cı il Sentyabrda satışa çıxarması gözlənilən yeni iPhone modellərinin xüsusiyyətləri barədə indidən iddialar səslənməyə başlanıb. Şirkətə yaxın olan mənbələrin iddialarına görə iPhone 7 ilə birlikdə Apple böyük dizayn dəyişikliyi edəcək. Belə ki, iPhone 7\'nin çərçivəsiz ekrana sahib olacağı söylənilir. Hətta Apple şirkətinin bu modeldə home düyməsinidə ləğv edəcəyi iddia olunub. Yeni iPhone\'un 3GB RAM\'a sahib olacağı və telefonun digər iPhone\'lara nəzərən olduqca güclü prosessor ilə təmin olunması gözlənilir. TrendForce araşdırma şirkətinin hesabatına görə yeni iPhone modelində 3GB RAM və su keçirməzlik özəlliyi olacaq. Sony\'nin Xperia seriyasında tətbiq etdiyi bu xüsusiyyət olduqca səs gətirmiş, yaxşı marketinq strategiyası olduğu söylənilir. 3GB RAM istifadə olunması isə telefona əlavə güc verərək, ağır oyunlarda olarkən açıq qalan digər proqramların bağlanmasının qarşısını alacaq. Apple\'ın su keçirməzlik xüsusiyyətinin necə tənzimləyəcəyi bilinməsə də, yeni modellərin su keçirməz dizaynda olacağı iddia olunur. Yeni iPhone\'a aid indiyə qədər gələn iddialar isə belədir: Yeni modeldə prosessorun adı A10 olacaq, iPhone 7 və 7 Plus’ın SanDisk və ya Toshiba tərəfindən tənzimlənən sürətli 3D NAND flaş kimi yeni özəlliyi ola bilər, indiyə qədərki ən incə model olacaq, ölçüləri təxminən 6.0 - 6.5 mm arasında genişliyə sahib olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×