main-post-cover

    iPhone 7\'nin dizaynına aid rəsmi şəkillər ortaya çıxdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     
     
    Apple'ın bu il çıxaracağı ağıllı telefonu iPhone 7'nin dizaynının dəqiq göründüyü şəkillər sızdırldı. Şəkil cihaz haqqındakı şaiyələrin doğruluğuna dəlalət edir.

    Hər il olduğu kimi bu il də Apple'ın iPhone 7'ni tanıtmağına aylar qalmış cihaz haqqında şaiyələr gəlməyə başlamışdı. Bu dəfə isə iPhone 7 haqqındakı şaiyələri ümumi olaraq doğrulayan iPhone 7'ə aid olduğu iddia edilən şəkil paylaşılıb.

    iPhone 7'nin qulaqlıq girişinin olmayacağı, cihazın arxa hissəsindəki antena cizgilərinin qaldırılacağı və cihazda cüt kamera olacağı kimi iddialar teknologiya aləmində tez-tez gündəmə gəlir. Bu dəfə isə iPhone 7'ə aid olduğu düşünülən ən dəqiq dizayn şəkli ortaya çıxıb. Şəklə baxdıqda bu iddiaların bir çoxunun da gerçək ola biləcəyini görürük.
     
    iPhone 7'nin dizaynına aid rəsmi şəkillər ortaya çıxdı


    GSM Arena saytının paylaşdığı bu şəklə baxdıqda iPhone 7, iPhone 6'a oxşar ancaq müxtəlif fərqlərin olduğu bir dizaynla qarşımıza çıxır. Şəkildə iPhone 7'də antena cizgiləri və qulaqlıq girişinin olmadığını görürük. Bu şəklə əsasən iPhone 7 haqqında ən çox gündəmə gələn iddialardan biri olan cihazda cüt kamera olacağı iddiası isə əsassızdır.

    iPhone 7'nin eynilə bir öncəki modeldə olduğu kimi iPhone 7 Plus ilə birlikdə tanıdılacağı deyilir. Həmçinin ortaya çıxan məlumatlara görə cihazların ekran ölçülərində dəyişiklik edilməyib. Bir digər şaiyəyə görə iPhone 7 və 7 Plus'dan fərqli olaraq iPhone 7 Pro adlı bir model daha təqdim ediləcək. Cihazla əlaqəli bütün məlumatları rəsmi olaraq Sentyabr ayında keçiriləcək tədbirdə öyrənəcəyik.
     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər