iPhone 7 'nin dizaynına aid rəsmi şəkillər ortaya çıxdı

iPhone 7 'nin dizaynına aid rəsmi şəkillər ortaya çıxdı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 
 
 
Apple\'ın bu il çıxaracağı ağıllı telefonu iPhone 7\'nin dizaynının dəqiq göründüyü şəkillər sızdırldı. Şəkil cihaz haqqındakı şaiyələrin doğruluğuna dəlalət edir.

Hər il olduğu kimi bu il də Apple\'ın iPhone 7\'ni tanıtmağına aylar qalmış cihaz haqqında şaiyələr gəlməyə başlamışdı. Bu dəfə isə iPhone 7 haqqındakı şaiyələri ümumi olaraq doğrulayan iPhone 7\'ə aid olduğu iddia edilən şəkil paylaşılıb.

iPhone 7\'nin qulaqlıq girişinin olmayacağı, cihazın arxa hissəsindəki antena cizgilərinin qaldırılacağı və cihazda cüt kamera olacağı kimi iddialar teknologiya aləmində tez-tez gündəmə gəlir. Bu dəfə isə iPhone 7\'ə aid olduğu düşünülən ən dəqiq dizayn şəkli ortaya çıxıb. Şəklə baxdıqda bu iddiaların bir çoxunun da gerçək ola biləcəyini görürük.
 


GSM Arena saytının paylaşdığı bu şəklə baxdıqda iPhone 7, iPhone 6\'a oxşar ancaq müxtəlif fərqlərin olduğu bir dizaynla qarşımıza çıxır. Şəkildə iPhone 7\'də antena cizgiləri və qulaqlıq girişinin olmadığını görürük. Bu şəklə əsasən iPhone 7 haqqında ən çox gündəmə gələn iddialardan biri olan cihazda cüt kamera olacağı iddiası isə əsassızdır.

iPhone 7\'nin eynilə bir öncəki modeldə olduğu kimi iPhone 7 Plus ilə birlikdə tanıdılacağı deyilir. Həmçinin ortaya çıxan məlumatlara görə cihazların ekran ölçülərində dəyişiklik edilməyib. Bir digər şaiyəyə görə iPhone 7 və 7 Plus\'dan fərqli olaraq iPhone 7 Pro adlı bir model daha təqdim ediləcək. Cihazla əlaqəli bütün məlumatları rəsmi olaraq Sentyabr ayında keçiriləcək tədbirdə öyrənəcəyik.
 
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×