main-post-cover

    iPhone 8 ekran ölçüsü sızdırıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Apple-ın maraqla gözlənilən yeni flaqmanı iPhone 8 və versiyalarının ekran ölçüləri sızdırıldı. Apple bu dəfə sərhədləri zorlayır.

    Texnologiya nəhəngi Apple yeni flaqmanı iPhone 8-in təqdimatına hazırlanarkən, cihaz və versiyaları ilə əlaqədar detallar gün üzünə çıxmağa başladı. Bu gün isə Apple-a yaxın qaynaqlar tərəfindən sızdırılan bir hesabat nəticəsində, iPhone 8 ailəsinin ekran ölçüləri ortaya çıxdı.

    iPhone 8 ekran ölçüsü sızdırıldı!

    Sızdırılan hesabatda bəhs edildiyi üzrə Apple, iPhone 6-6S və iPhone 7 versiyalarından bu yana davam etdirdiyi 4,7 və 5,5 inçlik 2 telefon çıxarmaq ənənəsini , iPhone 8 ilə birlikdə tərk edir.

    Çünki hesabatda Apple 5,0 - 5,5 və 5,8 inçlik 3 ayrı iPhone 8 versiyasını təqdim edəcəyindən bəhs edilir. Hesabatın davamında isə bu cihazlardan 5,0 və 5,5 inç olanlarının, digər iPhone modellərində olduğu kimi LCD ekrana sahib olacağı ifadə edilir.
    Ancaq digərlərindən fərqli olaraq hesabatda 5,8 inçlik 3.cihazın inkişaf etmiş texniki xüsusiyyətlərin yanında OLED bir ekranla gələcəyi də deyilir. Bu səbəbdən Apple gözlənilənin əksinə iPhone 8 seriyasındakı bütün telefonlarda OLED ekran istifadə etmək yerinə, OLED ekranlı tək bir üst səviyyə telefon çıxarmağı üstün tutub.

    Son olaraq, sözü gedən hesabatda əlavə olaraq 5 inçlik modelin çox yaxşı bir ekran- korpus həcminə sahib olacağı, bu səbəbdən korpus ölçüsü baxımından 4,7 inçlik iPhone 7-dən fərqi olmayacağı bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər