main-post-cover

    iPhone 8-in, RAM və yaddaş sahəsi haqqında yeni məlumatlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 8 şaiyələrin çoxaldığı bu günlərdə yayımlanan yeni bir hesabat yeni iPhone-un ekran xüsusiyyətləri, RAM və yaddaş sahəsi həcmi ilə əlaqəli ətraflı məlumatlar əks etdirir.

    Ötən həftə iPhone 8 xəbərlərinə istiqamət verən Ming-Chi Kuo-nun yayımladığı hesabatlardan sonra bugün də TrendForce-dan yeni iPhone-un xüsusiyyətləri haqqında ətralı bir hesabat gəldi. Hesabat, Kuo-nun bir çox iddiasını təsdiqləyərkən əyilmiş ekran iPhone gözləyənləri bir xeyli kədərləndirəcək məlumatlar var.

    iPhone 8, 3GB RAM və 64 GB yaddaş sahəsi ilə gəlir.

    TrendForce-a görə iPhone 8, 5.8 inç OLED bir ekrana sahib olacaq. Ancaq yeni iPhone, məhsuldarlıq və kövrəklik səbəbindən əyilmiş bir ekranla gəlməyəcək. Şirkət çərçivəsiz və4.7 inç ölçüsündə iPhone 8 iddialarını təsdiqləyir.

    TrendForce, iPhone 8-də fiziki ana ekran düyməisini tamamilə qaldıraraq çərçivəsiz bir iPhone dizayn etdiklərini bildirir. Şirkətin hesabatına görə iPhone 8, iPhone 7 Plus-da olduğu kimi 3G RAM-a sahib olarkən, yaddaş sahəsi olaraq da sadəcə 64 GB və 256 GB variantları ilə gələcək. Hesabatda 3D qəbul etmə xüsusiyyətinin üz tanıma artırılmış reallıq tətbiqlərinə xidmət edəcəyi bildirilib.

    iPhone 8 yüksək qiymətə satışa çıxarılacaq

    TrendForce, iPhone 8-in indiyə qədərki ən yüksək qiymətə sahib iPhone modeli olacağını iddia edir. Bu da 1000 dollar iddiasını təsdiqləyir deyə bilərik. Ancaq 64 və 256 GB variantlarının hər ikisində də 1000 dollar qiymət etiketi olub-olmayacağı məlum deyil.
    Hesabatda Apple-ın daha rəqabətçi qimətlərlə yeni 4,7 inçlik və 5,5 inç-lik cihazlar hazırladığı da bildirilir. TrendForce, yüksək qiymətinə rəğmən, üst səviyyə iPhone 8-in ümumi iPhone istehsalının 40% təşkil edəcəyini iddia edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər