iPhone-a qədər həyatımız necə idi?

iPhone-a qədər həyatımız necə idi?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon


Bunlar keçmiş deyil, bunlar çox keçmişdə olanlardır. Bu gün biz yenə 2007-ci ilə qədər olan və həyatımızın demək olarki o vaxt üçün ayrılmaz hissəsi olan şeylər haqqında danışacıq.
Başladıq...
 
Dial Up
 
 
 
Keçmişdən bəhsə başladıqda ilk ağla gələn təbii ki çoooooox zəif internet xidməti olur. Hal-hazırda evlərə təklif olunan ADSL, Fiber Optik kimi xidmətlər qarşılığında Dial Up-ı çoxu unutsada biz unutmadıq. Axı o bizim dövr üçün dünyaya açılmaq üçün yeganə üsul idi.
 
Heç bir virtual yaddaş xidmətlərinin olmaması.
 
 
 
Dropbox, Google Driver, Yandex Disk – bu sözləri unudun. Tamamilə.. Bizim olan təkcə bir neçə meqabaytlıq flashlər, disklər və disketlər idi. Disklərində bizə gəlməsi üçün dua etmək lazım idiki CD-ROM yazma qabiliyyətinə malik olsun. O vaxtlar disk yazmaq üçün ən məhşur proqram Nero Burning ROM idi. Yəginki 10 ildən sonra uşaqlarımıza CD Dİsklərin nə olduğunu anlatmaqda çətinlik çəkəcəyik.
 
iTunes/AppStore – O nədir?
 
 
 
İstədiyin mahnını axtarmaq, tapmaq və yükləmək üçün nə qədər vaxt sərf edirsiniz? Bir dəqiqə? Ya daha az? iTunes-u tanıyana qədər çoxları pirat resurslardan mahnılarını yükləyirdilər. İlk ağla gələn saytlardan biri allofmp3.com saytı idi. Və buna yüklənmə sürətini əlavə edin. Bir mahnını təqribən 20-25 dəqiqəyə əldə edə bilirdik.
 
Shazam-sızlıq
 
Mahnını dinləyərək onu avtomatik sizə təqdim edən bir proqramıda unudun. Bəlkə o zaman nələr çəkdiyimizi anlayarsınız. Mahnının adını, ifaçısını öyrənmək üçün radio aparıcısını diqqətlə dinləmək yaxud video klipdəki titrları qaçırtmamaq lazım idi.
Winamp
 
 
 
Nəhayət 2000-ci illərin musiqi nostaljisini bu proqramla bitiririk. Musiqi fayllarını oxutmaq, şəxsi playlistlər hazırlamaq üçün istifadə etdiyimiz o illərin ən məhşur proqramı – Winamp.
 
Disk maqazinləri
 
 

İnternetdən lazım olan faylların yüklənməsi mövzusunu o illərdə məhşur olan sevimli oyunlarımızın diskləri idi. Bazarlarda, metro stansiyalarında və yeraltı keçidlərdə cavanlar bu tip səyyar mağazaların ətrafına yığılıb gözlərindəki böyük ümidlə diskin arxasındakı tələbatları oxuyurdular. Tanış gəlir? Hazırki cavanlar Steam və digər elektron maqazinlərdən isti evlərində oturub, əllərində bir fincan çayı ilə istədikləri oyunları alırlar. Onlar heç vaxt satıcıların bu cavablarını eşitməyəcək: "GTA Vice City? Var idi. Səhər hamısını aldılar.” Artıq hər şey çox sadə və rahat olub. Artıq sevdiyin diski şəhərin müxtəlif yerlərini gəzdikdən sonra tapıb almağın sevinci yoxdur.
 
Ödəniş terminalları hər şeyi asanlaşdırdı
 
 
 
Bildiyiniz kimi ödəmə terminalları şəhərimizdə son illərdə istifadəyə verilib. Ona qədər hər metro çıxışında lap əvvəllər danışıq üçün dəqiqəsi 1000 manat olan Motorola markalı telefonlar, daha sonralar, 100 konturu 500 manata satan satıcılar var idi.
 
Musiqi satışı
 
"4242-yə SMS göndər və istədiyin musiqini əldə et” 2000-ci illərdə bu tipli mesajları demək olar hamı əzbər bilirdi. Operatorlar, şəkillər, JAVA oyunlar və musiqilər satmağa başladı. Əslində Apple hal hazırda eyni sxemi tətbiq edir. Sadəcə istədiyin ringtonu almaq üçün SMS göndərmək yox iTunes-a pul köçürtmək lazımdır.
 
Windows Mobile/Symbian
 
 
 
iOS və Android-ın bazara gəlməyindən qabaq Windows Mobile və Symbian bazara ağalıq edirdi. Birinci cib kompüterlərinin əsas sistemi olduğu halda ikinci Nokia smartfonlarının əsas əməliyyat sistemi idi.
 
Bəs siz daha nələr xatırlayırsınız?
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ren Lu You adlı şəxsə sevgili tapana 10.000 dollar mükafat!

Ren Lu You adlı bir nəfər yaratdığı sayt üzərindən özünə uyğun sevgili tapan şəxsə 10.000 doll..


İnsan və robot qılınc yarışında… [Video]

2 il əvvəl sərbəst şəkildə ayaq üstə durmağı bacarmayan və sadə tapşırıqların həllində prob..

×