iPhone, Amerikada istehsal olunsa qiyməti nə qədər olar? (Araşdırma)

iPhone, Amerikada istehsal olunsa qiyməti nə qədər olar? (Araşdırma)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Trump prezident seçilmədən əvvəl Amerikanın Trans-Sakit okean tərəfdaşlığından çıxmasının vacibliyi haqda nitq söyləmişdi. Onun belə nitq söyləməsinin əsas səbəbi isə Amerika iqtisadiyyatının bu əməkdaşlıqdan ziyan çəkməsi ilə əlaqələndirilirdi.

Prezident seçildikdən sonra da Trump öz mövqeyində dayandığını və bütün böyük şirkətlərin Amerikaya köçməli olduğunu bildirdi. Əgər vəziyyət belə olarsa, yəni Apple və ya digər bunu kimi şirkətlər öz istehsal sahələrini Amerikaya köçürmək məcburiyyətində qalacaq. Belə olan halda isə qiymətlər Meksika, VyetnamÇində istehsal olunan cihaz və texnikanın qiymətindən tamamilə fərqlənəcək.


Hətta Trump belə şirkətlərə ciddi vergi güzəşti etsə belə yenə də cihazın istehsalı digər ölkələrdəkindən daha baha başa gələcək. Bu barədə araşdırma aparan Business Insider, Amerika və digər dünya ölkələrində böyük rəğbət görən iPhone-nun qiymətinin analizini aparıb.

Belə ki, aparılan araşdırmada Apple məhsullarını istehsal edən Foxconn zavodundan tamamilə kömək almadan iPhone telefonunun necəyə başa gələcəyi hesablanıb və nəticə hamını təəccübləndirib.

 

Belə ki, iPhone hər şeyi daxil olmaqla Amerikada istehsal olunsa qiymət 2000$ təşkil edəcək. Əgər bu iPhone istehsal olunan yeri də nəzərə alsaq qiymətə 5% də əlavə etmək olar.

Bundan əlavə Apple 150.000 işçi yeri açmalı və təbii ki, özü zavod tikməlidir. Belə olan halda iPhone-un ölkə ərazisindən kənarda satışlarının necə olacağını da təsəvvür etmək çətin deyil. Hətta Apple, Trump-ın təklifini qəbul etsə belə işin ərsəyə gəlməsi ən az 15-20 il tələb olunur. Təbii ki, bütün infrastrukturu yenidən qurmaq asan ola bilər, amma ən azından 2000$-lıq bir iPhone-nun nə qədər satılacağı maraq doğurur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×