
iPhone-da zəngli saat nə üçün 9 dəqiqə aralıqlarla işləyir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir çox iPhone istifadəçisi, telefonlarındakı zəngli saatın ertələmə aralığının 9 dəqiqə olmasından xoşlanmır. Bəs niyə 5 ya da 10 dəqiqə deyil, məhz 9 dəqiqə?
iPhone istifadəçilərin çox da səs etmədikləri amma içdən-içə
maraqlandıqları mövzulardan biri də zəngli saatın niyə 9 dəqiqə aralıqla ertələndiyidir.
Əgər bu müddət 5 dəqiqə olsaydı bəlkə bu qədər maraqlı olmayacaqdı amma 9 kimi
fərqli bir rəqəm olması, əminəm ki diqqətinizdən qaçmayıb.
Bir zamanlar mexaniki saatlarda, işçilərin oyanmazdan əvvəl
şirin yuxularını almaları (mürgüləmək) üçün saatlarda 9 dəqiqə aralıqlarla zəngin
çalmasına şərait yaradan bir idarə düyməsi var idi. Mühəndislər, insanların
mürgüləyəcəkləri optimal vaxtın 9 dəqiqə olduğunu təyin etmiş və bunun idarə
mexanizminin də ən asan bu düymə ilə təmin edilə biləcəyini düşünmüşdülər.
Uzun sözün qısası bu sistem artıq ənənəvi bir hal almış və
günümüzə qədər də bu formada işləməyə davam etmişdir. iPhone-lardakı ertələmə
müddətinin 9 dəqiqə olmasının səbəbi də budur. "Apple”, bu sistemi 2015-ci ildən
etibarən bütün iPhone-lar üçün standart halına gətirib.
Linki kopyala
Həftənin xəbərləri

