
Apple Error 53 xətası üçün iOS 9.2.1\'i yayımladı.
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Apple iPhone'u yararsız hala gətirən Error 53 xətası üçün iOS 9.2.1 yenilənməsini yayımladı.
Ötən günlərdə iPhone'larda peyda olan Error 53 xətası haqqında sizlərə məlumat vermişdik. iPhone Touch ID'də baş verən bu xəta cihazı istifadə üçün yararsız hala gətirirdi. Belə bir vəziyyətdə Apple tez bir zamanda Error 53 üçün iOS 9.2.1 yenilənməsini yayımladı. Error 53 xətası necə düzəldilir?
iOS 9.2.1 necə yüklənir?
1. iPhone'u enerjiyə taxın.
2. iPhone tam dolduqdan sonra iTunes'ə bağlayın.
3. iTunes'in iPhone'u tanımasını gözləyin.
4. Yenilənmələri yoxlayın və iOS 9.2.1 yenilənməsini yükləyin.
Bu yenilənmənin sadəcə Error 53 xətası olan telefonlar üçün gəldiyini xüsusi olaraq qeyd edirik.
Linki kopyala
Həftənin xəbərləri

