iPhone, fotoların köməyilə hack oluna bilirmiş
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Apple”ın hər zaman təhlükəsizliyi ilə fəxr etdiyi iOS əməliyyat sistemi yeni bir təhlükəsizlik boşluğu ilə diqqət çəkib. Belə ki, hackerlər bu boşluqdan istifadə edərək çox asanlıqla sizin məlumatlarınızı ələ keçirə bilərlər.
Android nə qədər çox istifadə olunsa da, iOS-da təklif olunan təhlükəsizlik
hər zaman istifadəçilərin bu əməliyyat sistemini üstün tutmasına şərait
yaratmışdır. Amma bu dəfə iOS-da ortaya çıxan bir boşluq istifadəçi təhlükəsizliyini
təhlükəyə atıb. Belə ki, bir foto və ya .pdf formatına malik bir faylın köməyilə
sistemə asanlıqla sızmaq mümkündür.
CVE-2016-4673 kodlu hesabatda boşluq səbəbiylə hackerlər, iOS-da açdığınız bir
foto və ya .pdf formata malik fayl üzərindən sisteminizə sıza bilirlər.
Olduqca çox istifadə olunan uzaqdan kod
çalışdırma metoduna dayanan boşluq, adi dəyişiklə çox ciddi təhlükəli nəticələr
ortaya çıxara bilər.
Amma "Apple” öz müştərilərinin təhlükəsizliyini hər zaman üst səviyyədə saxladığı üçün bu
boşluq yenilənmiş iOS 10.1 versiyasında aradan qaldırılıb.
"Apple” yalnız bu boşluğu deyil, həmçinin 11 digər təhlükəsizlik boşluğunu da
aradan qaldırmağa nail ola bilib. Buna görə də şirkət öz istifadəçilərindən iOS
10.1-ə keçid etməyin vacib olduğunu bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ