main-post-cover

    iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı fakt

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Səbrsizliklə gözlənilən iPhone 7 gündəmdə ikən, yeni cihaza aid şaiyələr davam edərkən, iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı faktı sizlər üçün bir yerə topladıq.

    Maraqla gözlənilən iPhone 7 modeli artıq texnologiya aləminin gündəmindədir. Yeni cihaz haqqında hər gün yeni bir şaiyə çıxır. Əvvəlki təcrübələrimizə əsasən bu şaiyələrin sentyabr ayına kimi davam edəcəyini deyə bilərik.

    Biz də, iPhone 7 haqqındakı şaiyələri bir kənara qoyub, iPhone haqqında çoxlarının bilmədiyi maraqlı faktları paylaşmaq istədik. Apple’ın mobil texnologiya aləmində yeni dövrün başlanğıcı hesab olunan telefonu haqqında 7 maraqlı faktı sizlər üçün bir yerə topladıq.

    1. Apple’ın iPhone’u ilk iPhone deyil!

     
    iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı fakt

    İlk iPhone’u, 2007-ci ildə Apple'ın təqdim etdiyini zənn edirsinizsə, yanılırsınız. iPhone markası bir vaxtlar network sistemləri istehsal edən Cisco’ya aid idi və bu adda ilk telefonu Cisco istehsal etmişdi. Təbii ki, Cisco’nun iPhone’u ağıllı telefon deyildi, bir VOIP telefon idi. İki firma "iPhone” adına görə məhkəməlik olsa da, sonradan ortaq nəticəyə gəlindi və problem həll olundu.

    2. iPhone modeli ilk dəfə çıxanda tətbiq mağazası yox idi

     
    iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı fakt

    İlk dəfə iPhone təqdim ediləndə telefonda sadəcə öz tətbiqləri var idi. Apple developerlərindən başqa developer iPhone üçün tətbiq hazırlaya bilmirdi. App Store yox idi və Steve Jobs belə tətbiqlərə qarşı idi. App Store, ilk iPhone çıxdıqdan 1 il yarım sonra açılıb.

    3. Time jurnalının üz qabığı oldu

     
    iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı fakt
     
    Dünya üzrə məşhur Time jurnalı, 2007-ci ildə iPhone’u üz qabığı etdi və "İlin ixtirası" adlandırdı. "Time  jurnalının üz qabığı olmaq" hər telefona nəsib olmur!

    4. Kod adı: Bənövşəyi

    iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı fakt
     

    iPhone təqdim edilməzdən qabaq, Apple mərkəzində "purple” (bənövşəyi) kod adı ilə bilinirdi. Gizlilik elə yüksək səviyyədə idi ki, iPhone istehsalçılarının işlədiyi şöbələrə "Bənövşəyi kazarma” deyilirdi.

    5. Alma qurdu Cydia!

    iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı fakt
     
     
    Bildiyimiz kimi Jailbreak telefonun funksionallığını artırır və istifadəçilər istədikləri əlavələri telefona yaza bilirlər. Jailbreak ideyasının müəllifi Jay Freeman öz utilitisinin adını Cydia qoyub. Bu ad isə Cydia Pomonella adlı alma qurdunun adından götürülüb.

    6. iPhone’un saatı həmişə 9.41-i göstərir
     
    iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı fakt

    Bütün təqdimat mərasimlərində, demo  versiyalarda və reklamlarda iPhone saatı 9.41 və ya 9.42-i göstərir. Səbəbi haqqında müxtəlif versiyalar var. Steve Jobs’ın ilk iPhone təqdimatında iPhone’u anons etdiyi saat olduğu deyilsə də, bu versiyaya çoxlu etirazlar var.

    7. iPhone’ların ən bahalı hissəsi ekrandır
     
    iPhone haqqında çoxlarının bilmədiyi 7 maraqlı fakt


     
    Retina ekranın ilk istifadə edildiyi model olan iPhone 4’dən sonra, ən bahalı iPhone hissəsi ekrandır. Ən yeni modellər olan iPhone 6S və iPhone 6S Plus’da da ən bahalı hissə ekrandır. iPhone 6S-in ekranının təxmini xərci 55 dollar, iPhone 6S Plus'da isə bu rəqəm 62 dollardır. 3D Touch funksiyası olmayan iPhone 6 seriyasının ekran xərci isə, hər iki model üçün təxmini 10 dolar daha azdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər