iPhone ilə Xiaomi Mi Mix-i birləşdirərək iPhone 6s Mix-i yaratdı (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 6844 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Çindən olan bir gənc özünün çərçivəsiz iPhone modelini yaradıb.

"Apple” şirkətinin, gələcək iPhone modellərində ekran ətrafı çərçivələri qismən kiçildəcəyi və ya ümumiyyətlə çərçivələrdən imtina edəcəyi haqqında şaiyələr hər il çıxır. Bu illər ərzində hətta şirkət əyilə bilən çərçivəsiz ekran patentləri də əldə etmişdi. Lakin onlar hələki reallaşdırılmamış olaraq qalır. Bunu gözləməkdən yorulan Çinli bir gənc özünün çərçivəsiz iPhone modelini yaratdı. Bunun üçün o, iPhone 6s Plus modelinin iç hissəsini Xiaomi Mi Mix-in korpusuna yerləşdirdi.

İnternetdə bu smartfonu iPhone 6s Mix adlandırıblar. Weibo sosial şəbəkəsində @Ye Ji-MIX ləqəbi ilə tanınan gənc, sözügedən proses zamanı bir sıra çətinliklərlə qarşılaşıb. Belə ki, bütün detalları Mi Mix-in korpusuna yerləşdirmək üçün çinli gənc, iPhone 6s Plus-ın bəzi komponentlərinin yerini dəyişməli olub. Komponentlərin sıx yerləşdirilməsi üçün o, isti kleydən və naqillərdən istifadə edib. "Home” düyməsini isə tamamilə xaric edərək onu, ekranın alt hissəli analoqu ilə əvəz edib. Bütün bunlara baxmayaraq cihaz işlək vəziyyətə gəlib.