Reklam
iPhone istifadəçiləri orqan donorları olacaqlar

iPhone istifadəçiləri orqan donorları olacaqlar

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Apple şirkəti IOS 10 üçün insanlara orqanlarını bağışlamaq imkanını verəcək xüsusi tətbiq əlavə edəcək. Hər gün ABŞ-da orqan köçürülməsini gözləyən 22 insan vəfat edir. Hər 10 dəqiqə isə orqan köçürülməsinın gözləmə siyahısına yeni insan adı əlavə olunur. Potensial donorların diqqətini cəlb etmək üçün Apple IOS 10 əməliyyat sisteminə ABŞ-ın orqanlar üzrə donor qeydiyyat təşkilatına sürətli qeydiyyat imkanını əlavə edəcək. Yeni funksiya bütün iPhone-lara quraşdırılmış "Health” tətbiqinə əlavə olunacaq. Apple-ın fikrincə yeni funksiya indiki zamanda donor çatışmamazlığı problemini az da olsa aradan qaldıracaq. Apple şirkəti üçün bu məsələ çox önəmlidir. Belə ki, 2009-cu ildə Steve Jobs qaraciyər köçürülməsini uzun müddət gözləmək məcburiyyətində idi. Qeyd edək ki, IOS 10 bu ilin payız fəslində çıxmalıdır. Tim Cook-un sözlərinə əsasən yeni sistem şirkətin tarixində ən böyük yenilənmə olacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×