iPhone istifadəçisi dostunuzun   ürəyini dayandıracaq   5 zarafat!

iPhone istifadəçisi dostunuzun ürəyini dayandıracaq 5 zarafat!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

iPhone sahiblərinin ən böyük qorxusu yeni aldıqları telefonlara bir şey olmamasıdır. Əgər dostlarınızla zarafat etmək istəyirsinizsə, onda sizə 5 üsul təqdim edəcəyik. Onlara əsl sürpriz yaşada bilərsiniz.
Ağıllı telefonlar çıxdığından bu yana telefon sektorunda yerini qorumağı bacaran iPhone, istifadəçilərin ən çox seçdiyi telefonlardandır. Amma iPhone hansı dönəmdə olursa olsun, tək bir problemi var: Qiyməti. Bu gün bir iPhone sahibi olmaq üçün yüksək məbləğ ödəmək lazımdır. Belə olduqda hər kəs telefona gözü kimi baxmağa çalışır. Amma indi sizə təqdim edəcəyimiz 5 zarafat ilə bir iPhone sahibi dostunuzun ürəyinin getməsinə belə səbəb ola bilərsiniz. Bu zarafatların olduğu video da vardır. Bu yazımızda zarafatarı həm yazılı izah edəcəyik, həm də video şəklində təqdim olunacaq. Elə isə başlayaq.

 
1. Proqramları yox etmək
 
Menyu hissəsində bir qovluq içində olan proqramın üstünə basıb saxlayın. Proqram seçildikdən sonra ikinci səhifə, ardından isə üçüncü səhifəyə keçirin. Barmağınızla proqrama basılı tutduğunuz halda home düyməsinə də basın. Bundan sonra proqram menyudan yoxa çıxacaq. Amma təbii ki, proqramın silinməsindən söhbət gedə bilməz.

2. \'Home\' düyməsini deaktiv etmək
Telefonun ekranının üst qismindən enən menyunu tamamilə aşağıya doğru dartın. Daha sonra isə ekranın yarısına qədər qaldırıb, sonra yenidən aşağıya doğru buraxın. Üst hissə ən alt hissəyə toxunmadan Home düyməsinə basın. Bundan sonra nə etsəniz belə, Home düyməsi işləməyəcək. Hətta üst və alt menyular da deaktiv olacaq.

3. Sözləri dəyişdirmə
 
Klaviatura tənzimləmələrindən \'\'text replacement\'\' hissəsinə girdiyiniz zaman istədiyiniz hər hansı bir sözün avtomatik olaraq qarşılığını dəyişə bilirsiniz. Yəni bu hissədə "Hə" sözü yerinə "Yox" sözünü yazsanız, telefonu istifadə edəcək şəxs hər dəfə "Hə" yazdığında telefon onu avtomatik olaraq "Yox" sözü ilə əvəzləyəcək. Sözlərlə bağlı dəyişikliklər isə artıq sizin yaradıcılığınıza bağlıdır.

4. Bitməyən mesaj yazma görüntüsü
Bu linkdən yükləyəcəyiniz GİF\'i dostunuza mesaj şəklində göndərin. Beləcə dostunuz elə biləcək ki, siz mesaj yazırsınız.

5. Telefonu yenidən başlat mesajı
iPhone\'lara özəl bir link, iOS\'u dayandırır və telefonu yenidən başladır. Bu linki iPhone istifadəçiləri üçün buradan paylaşmaq istəmədik, amma linkə videonun açıqlama hissəsindən sahib ola bilərsiniz.

Diqqət! Bütün bu proseslər telefon yenidən başladıldıqdan sonra əvvəlki vəziyyətinə qayıdır.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×