iPhone itən yaxud oğurlanan zaman nə etməli?
Bu yazımızda sizə iPhone oğurlanan yaxud itirilən zaman hansı əməliyyatları yerinə yetirməyinizin lazım olduğunu çatdıracağıq
Əgər telefonunuzu itirmisinizsə iCloud\'dan yaxud başqa bir iPhone\'dan iPhone\'umu tap tətbiqindən istifadə etməklə telefonunuzu tapa bilərsiniz.
Çox zaman müəyyən bir işlə məşğul olduğumuzda ya da telefonumuzu haraya qoyduğumuzu unudan zaman onu tapmaq çətinləşir. Telefonu itirdikdə sizin köməyinizə çata biləcək çox yaxşı bir tətbiq mövcuddur. iPhone\'lar üçün xüsusi hazırlanan bu tətbiqi yüklədikdən sonra telefonunuzun settings bölməsindən iCloud\'a girib iPhone\'umu tap tətbiqini açırsınız.
Tətbiqi aktiv vəziyyətə gətirdiyiniz halda istədiyiniz yerdə istədiyiniz zamanda telefonunuzun harada olduğuna baxa bilərsiniz. iCloud yaxud başqa bir iPhone telefonu vasitəsilə bu proqramdan istifadə etməklə telefonunuzun yerini üəyyən etmək mümkündür. Hətta biribirilərinin Apple hesabının şifrələrini bilən sevgililər bu proqram vasitəsilə qarşı tərəfi izləyirlər.
Hansı məqsədlə istifadə edilməsindən asılı olmayaraq bu tətbiqin telefonunuzda olması mütləqdir və faydalıdır.
Sözü gedən tətbiqi buradan yükləyə bilərsiniz.
Şərh yoxdur