İndiyə qədər müxtəlif növ iPhone 7 konsepti ilə tanış olduq. Flaqman telefonlar təqdim olunmamışdan əvvəl müxtəlif mənbələr və dizaynerlər növbəti model üçün müxtəlif konseptlər hazırlayırlar. Son olaraq Ukraynalı Herman Haidin hazırladığı iPhone 7 konsepti səs küyə səbəb olmuşdu. İndi isə, Eduardo Guerrero yeni bir iPhone 7 konseptini təqdim edir. Bu dəfə ki, konsept digər iPhone modellərindən fərqlənir.
Eduardo Guerrero çərçivəsiz iPhone konsepti həqiqətən görənləri heyran edir və bəyənməmək mümkün deyil. Reallığı əks etdirməsə də növbəti illərdə əgər Apple çərçivəsiz ekranlara keçsə, böyük ehtimalla iPhone-lar belə olacaq.
Ölçüləri 5.51 x 2.63 x 0.25 inç olacaq şəkildə dizayn edilən iPhone 7, ekranın alt hissəsində dijital bir Home düyməsinə sahibdir.

Yeni 64-bit AX çipsetinə və iOS 10 ƏS-nə sahib olduğu görülən iPhone 7\'də, əvvəl ki, modellərdə olduğu kimi 16 / 64 ve 128 GB daxili yaddaş seçimləri mövcuddur.
Guerrero\'nun konseptinin adı isə "Daha böyük ekran, daha böyük ölçü"

Şərh yoxdur