main-post-cover

    iPhone-a microSD kart əlavə etmək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Artırıla bilən yaddaş "Apple"-ın ilk gündən bəri düşünmək belə da istəmədiyi bir funksiyadır. Daxili yaddaş isə istifadəçilər baxımından kifayətsizdir ya əlavə maliyyət tələb edir. Bu problemi aradan qaldırmağın yoluna bir yerdə nəzər salaq...

    2007-də ilk iPhone təqdim edildikdə iPhone-a heç bir vaxt artırıla bilən yaddaş dəstəyi gəlməyəcəyi aydın olmuşdu. Qapalı əməliyyat sisteminə bir yaddaş kartı vasitəsi ilə tətbiq və ya fərqli fayllar yüklənməsinə Apple sizə icazə verərdi? Daxili yaddaş bir yana qalsın, hətta iPhone-un ilk bir neçə ilində Apple xaricində heç bir şirkət iPhone üçün tətbiq hazırlaya bilmirdi. Yəni, App Store fikrinə belə Apple sonradan razı oldu.
    Mövzuya qayıdacaq olsaq, istifadəçilər artırıla bilən yaddaşın olmamasının sıxıntısını illərdir çəkir. Onsuz da bahalı bir cihaz olan iPhone, yüksək daxili yaddaş seçimi ilə daha da qiymətləri artır. Bir çox istifadəçi maddi səbəblərdən ötrü 8GB ya da 16GB-lıq modelləri seçsə də bir müddət sonra bunlar kifayət etmir.

    "Lexar" şirkəti buna çarə olacaq bir aksesuar hazırladı. "microSD to Lightning Reader” vasitəsilə, iPhone 5 və sonrasında çıxan bütün iPhone modellərinə əlavə yaddaş artıra bilərsiniz. Tətbiq vasitəsi ilə iOScihazınızdakı tətbiqləri asanlıqla yaddaşına yaza bilən Lexar kart oxuyucu, şəkil və videolarınızı iPhone-un daxili yaddaşından alaraq sizə böyük yer qazandırır. Həmçinin, tətbiq vasitəsilə App Store-dan yüklənmiş fayl idarə tətbiqləri ilə paralel zamanlı işləyən Lexar, bu tətbiqlərin gördüyü hər bir faylı kartın yaddaşına yaza bilər və kart üzərindən istifadə edə bilərsiniz. Kart oxuyucunun satış qiyməti isə 19 dollardır və daha çox yaddaşlı kartlar daxil olmaqla, bütün microSD kartlar ilə istifadə edilə bilir. Amazon vasitəsi ilə satılan kart-a burdan nəzər yetirə, satın ala bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər