main-post-cover

    iPhone üçün ən yaxşı VPN tətbiqləri

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    App Store-da iPhone üçün yüzlərlə istifadə edilə biləcək VPN tətbiqi var. iPhone üçün bu ödənişsiz VPN tətbiqlərini istifadə edərək Amerika, İngiltərə, Kanada, Sinqapur, Hollandiya, İsveçrə və s. kimi müxtəlif ölkələrdə yerləşən VPN serverlərinə qoşula bilərsiniz.

    Bu tətbiqlər internet təhdidlərinə görə internet aləmində izlənmənizi, onlayn varlığınızı anonim hala gətirərək, təhlükəsiz şəbəkə qoşulmasını təmin edərək, məhdud və ya girişinə qadağa qoyulan saytlara daxil olmaqda sizə kömək edirlər. 
    iPhone üçün ən yaxşı 8 ödənişsiz VPN tətbiqlərini sizin ilə paylaşırıq.

    Əminliklə deyə bilərik ki, iPhone üçün ən yaxşı VPN tətbiqlərindən biridir. Bu tətbiq Amerika, Kanada, Sinqapur, Almaniya və Hollandiya kimi 5 fərqli bölgədən serverlərinə qoşulmaq üçün icazə verir. Bunu edərkən, siz həmin bölgədən sizin üçün məhdudlaşdırılmış saytlara daxil ola, şəbəkə bağlantısı və onlayn məlumatlarınızı qoruya bilərsiniz. Bunun üçün etməli olduğunuz, bir ölkə seçib və VPN düyməsini aktiv etməkdir. 

    ZenMate iPhone, məhdudlaşdırılmış saytları ziyarət etmək, IP adresinizi və ünvanınızı qorumaq, internet mühitində anonim qalmaq üçün başqa bir yararlı VPN tətbiqidir. Trafik məhdudiyyəti olmayan bu tətbiqin ödənişsiz versiyasında  siz, Amerika,HonqKonq, Rumınya və Almaniya kimi ölkələrdəki serverlərdən istifadə edə bilərsiniz. Ancaq tətbiqi satın aldığınızda isə Kanada, Avstriya, Belçika, Finlandiya, Fransa, İtaliya və s. kimi ölkələrdən daxil ola bilərsiniz. 

    Betternet də limitsiz trafik təklif edən ödənişsiz VPN tətbiqlərindən biridir. Ancaq ödənişsiz versiyasında istəyə uyğun ölkə seçimi mümkün deyil. Tətbiq özü sizə yaxın olan və daha sürətli xidmət verə biləcək VPN serverinə avtomatik olaraq qoşulur. Narahat olmağa dəyməz çünki "Optimal Location" funksiyası kifayət qədər yaxşı işləyir, amma bir VPN serverinə qoşulmaq üçün bir və ya iki dəqiqə gözləməli ola bilərsiniz.

    iPhone, məhdudlaşdırılmış saytlara daxil olmaq üçün WiFi bağlantılarını təhlükəsiz hala gətirmək və internet gizliliyinizi qorumaq üçün ödənişsiz istifadə edə biləcəyiniz VPN tətbiqidir. Kanada, Amerika, Sinqapu və s. kimi bir çox ölkələrdən ödənişsiz VPN serverlərinə qoşula bilərsiniz. Daha sürətli VPN  serverlərinə qoşulmaq istəyirsinizsə, VPN Master VIP paketlərini satın ala bilərsiniz. Bu paketləri aldığınızda cansıxıcı reklamlardanda xilas olacaqsınız. 
    Yəni hər hansı bir məhdudiyyət ya da limit olmadan bütün tətbiqlərə və saytlara daxil olmaq üçün bu tətbiqi istifadə etməyə dəyər. 

    Şübhəsiz, ən məşhur ödənişsiz VPN tətbiqlərindən olan Hotspot Shield sizin üçün ideal bir tətbiqdir. Bu tətbiqdə trafik məhdudiyyəti yoxdur. Yəni bir VPN serverə qoşulduğunuzda avtomatik olaraq sizə ən yaxın serverləri ayırır və ən uyğun serverə qoşulma yaradır. 
    Bu internetdə fəaliyyətinizi gizli saxlayar, məhdudlaşdırılan tətbiqlər və saytları kəşf etməyə kömək edər və eyni zamanda Wifi şəbəkəsi üzərindən məlumatlarınızın oğurlanmasına qarşı sizi qoruyar. VPN serverlərinə qoşulmaq üçün etməli olduğunuz tək şey, ekranın ortasındakı böyük,dairəvi düyməyə klikləməkdir. 

    FreeVPN FreeVPN.org tərəfindən hazırlanan başqa yararlı bir VPN tətbiqidir. Tamamilə ödənişsizdir və VPN üzərindən limitsiz trafik ilə internetdə gəzinməyinizə şərait yaradır. Qoşulma əmri verdikdən sonra tətbiq sizi avtomatik olaraq ən sürətli və ən yaxın VPN serverinə qoşur. İstifadəçi ekranı olduqca sadədir və hər zaman bir virtual şəbəkəyə avtomatik olaraq qoşula bilərsiniz. Bütün məlumatlarınız VPN serverdə şifrələndiyi üçün internetdə təhlükəsizliyinizi tamamilə təmin edir. 

    Hotspot Shield tərzində olan VPN HexaTech, sadəcə avtomatik olaraq VPN şəbəkəsinə qoşulan sadə bir tətbiqdir. Avtomatik olaraq sizi ən yaxın serverə qoşar. Sizin bir server seçmək imkanınız yoxdur. Əgər özünüz bölgə seçmək və reklamları silmək istəyirsinizsə o zaman ödənişli versiyasını satın almalısınız. Serverə qoşulmaq üçün etməli olduğunuz tək şey Connect düyməsinə klikləməkdir. 

    VPN serverə qoşulduqdan sonra məhdudlaşdırılmış saytlara daxil olmaq və məlumatların təhlükəsizliyini təmin etmək üçün başqa bir sadə VPN tətbiqidir. Avtomatik olaraq IP məlumatlarını və adresinizi gizləyər, internetdə anonim gəzmənizə şərait yaradar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər