Diqqət! Öz telefonunuzda bunu qətiyyən yoxlamayın! Əks halda məsuliyyət daşımırıq!
İstifadəçilər iOS əməliyyat sisteminin yeni səhvini aktiv şəkildə müzakirə edirlər. Kritik səhv bir neçə xırda əməliyyatdan sonra əmələ gəlir.
1. Telefonun ayarlarından saat və tarix bölümünə keçib, avtomatik yenilənməni söndürün
2. Tarixi 1 yanvar 1970-ci ilə dəyişin
3. Telefona restart verin
Və sizin telefonunuz bir daha yanmayacaq. Daha doğrusu yanacaq amma "alma" loqosunda ilişib qalacaq. Heç bir cəhdlə telefona reset vermək, onun sistemini dəyişmək mümkün olmur. Tək həll yolu fiziki olaraq telefonun batareyasını çıxardıb yenidən yerinə taxmaqdır. Problem A7 və daha yeni prosessorlu bütün cihazlarda qeydə alınır
Şərh yoxdur