iPhone-nun enerji sərfiyyatını azaltmağın üsulları (iOS 9.x)

iPhone-nun enerji sərfiyyatını azaltmağın üsulları (iOS 9.x)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Batareyalar sahəsində hər kəs kimi bizdə bir inqilaq gözləyirik. Hələlik isə bir neçə sadə üsul ilə siz telefonunuzun enerji sərfiyyatını azalda bilərsiniz. 
 
1. "Problemli" proqramları tapırıq
 
Əgər ilk pillədə hər hansı sonradan əlavə olunmuş proqramdırsa bəlkə onun daha enerji istifadə edən alternativi barədə düşünəsiniz? Qızıldan qiymətli enerjinizi durmadan "yeyən" proqram/oyunun sizin Springboard-da yeri olmamalıdır
 
2. Proqramların fonda yenilənməsini söndürün
 
 
Radikal üsul olaraq bu funksiyanı tamamilə söndürməyi məsləhət görürük. Daha mülayim üsul isə bu siyahını diqqətlə nəzərdən keçirib sizə gündəlik lazım olmayan proqramları siyahınızdan silməyi tövsiyyə edirik
 
3. Batareyanın faizlə görünməsi
 
 
Bu demək olar ki psixoloji bir addımdır. Siz tez tez ekranı yandıraraq neçə faiz enerji qaldığını yoxlamaqla siz onun batareyanın ömrünü daha da azaldırsınız. Məsləhət görürük tamamilə bu funksiyadan imtina edəsiniz.
 
4. Artıq bildirişləri söndürün
 
"XXX statusunuzu like etdi", "XXX tweetinizi retweet etdi" və s. Bu bildirişlər sizə lazımdırmı? O zaman söndürün.
 
5. Mail-də Push funksiyasını söndürün
 
 
Push sizin emailinizi avtomatik yeniləmək üçündür. Əgər iş yerinizdəsizsə yaxud vacib e-mail gözləmirsinizsə bu funksiyadan asanlıqla imtina edib lazın olduqda poçtunuzu əl ilə yoxlaya bilərsiniz.
 
6. Handoff-u söndürün
 
 
Hər iPhone işlədən şəxsin evində Apple kompüteri yoxdur. Və onlar üçün Apple-ın yeni devizi "Telefon və kompüter - bütov bir cihazdır" maraqlı deyil. Məsləhətdir ki Apple kompüteri alana kimi bu funksiya barədə heç düşünməyəsiniz.
 
7. Fiziki aktivlik
 
 
Əgər sizin qolunuzda ən ucuz fitness treker varsa belə o sizin aktivliyi ölçməyə bəs edəcək. O zaman niyə artıq enerji sərf edərək eyni şeyi telefonunda etməsinə icazə verək? M8 prosessoruna istirahət verək və enerjimizi qoruyaq!
 
8. Apple-ın məruzələrini söndürün
 
 
Apple şirkəti telefonun istifadə zamanı yaranan bütün problemləri aradan tez bir zamanda qaldırmaq üçün avtomatik bu səhvlər haqqında şirkətə məlumat göndərir. Gəlin bu funksiyadan imtina edək və məruzə etməyi digərlərinə buraxaq
 
9. Proqramların avtomatik yüklənməsi/yenilənməsi
 
 
Evinizdə eyni Apple ID ilə işləyən bir neçə iOS cihaz varsa bütün cihazlarınız son yüklədiyiniz proqramı avtomatik öz bortuna yükləyəcək. Bir tərəfdən bu rahatdır. Digər tərəfdən isə lazım olan anda cihazınızın enerjisi kritik həddə çatır.
 
10. Avtomatik kilidlənməni minimuma endirim
 
 
Telefonla işinizi bitirdikdən sonra onu kilidə salmağı unutmayın. Ekran - telefonun ən əsas enerji sərfiyyatçısıdır. iOS 9-da yeni avtomatik kilidə düşmək üçün yeni minimal vaxt əlavə olunub - 30 saniyə.
 
11. iAD Reklam
 
Картинки по запросу limit ad tracking iphone ios 9
 
Reklam - proqresin əsas mühərrikidir. Və onun sayəsində böyük şirkətlər öz məhsullarını satır, yeni alıcı bazası yaradır və s. iOS sistemində pulsuz proqramların çoxunda iAD reklamları var. Və demək olarki daima bu reklamlar sizin yaşayız yerinizə uyğun reklamlar təklif edir. Buna reklam trekinqi kömək edirki bizdə bundan qurtulmalıyıq. 
 
12. Proqramlar üçün geolocation funksiyasını söndürün
 
 
Enerjiniz ikinci ən böyük düşməni GPS-dir. Yüklədiyiniz proqramlardan bəziləri GPS-dən istifadə edir ki, buda enerjinizi tez tükədir. Lazım olmayan proqramlarda bu funksiyadan enerjinizi qorumaq naminə imtina edin. 
 
13. Hərəkətli şəkillər
 
 
Üstündən iki keçsədə heçnə dəyişməyib. Dinamik və hərəkətli şəkillər eyni qədər sizin enerjinizi "yeyir". Statik divar kağızından istifadə edin ki, telefonunuz daha çox həyatda qalsın.
 
14. WiFi Assist-dən istifadə edin
 
 
Əgər sizin WiFi şəbəkəsi ilə bağlantınız zəifdirsə bu funksiya vasitəsilə avtomatik siz mobil trafikə bağlanıb işinizi davam etdirəcəksiniz. Və telefonunuz zəif olan Wifi şəbəkəsini axtarmağa daha az enerji sərf edəcək. 
DİQQƏT! Limitli internet paketi olan istifadəçilərə bu funksiyadan istifadə məsləhət görülmür!
 
15. Üzü üstə yerə
 
 
Telefonunuz iOS 9 yüklədikdən sonra onu üzü üstə qoymağa vərdiş edin. Belə ki telefon üzü üstə olduqda dərhal kilidə düşür və telefonunuz enerjiyə daha çox qənaət edir.
 
16. Məkanınızı dostlarınıza göndərməkdən imtina edin 
 
 
iOS 8-dən başlayaraq siz artıq yerləşdiyiniz məkanı dostlarınızla paylaşa bilərsiniz. Bu isə GPS-ı aktiv etmək və əlavə enerji sərfinə gətirib çıxardır. Dostlarınız harda olduğunuzu bilməsədə olar :)
 
17. Tez tez gəzilən yerlər və sistem geoxidmətləri
 
 
iOS 9 sizin telefondan harda və nə zaman istifadə edərkən maksimum dərəcədə zövq almanız üçün əlindən gələni edir. Buna görə o gəzdiyiniz yerləri yadında və həmin yerlərdə telefondan nə məqsədlə istifadə etdiyinizi yadında saxlayır. Düşünün bu sizə lazımdırmı? 
 
18. Avto-parlaqlıq 
 
 
Bu funksiyanın lazımı olub olmadığına biz hələ də qərar verə bilməmişik. Lakin məsləhət görürük ki, ekran parlaqlağını gözünüzə uyğun bir nöqtədə stabil saxlayıb bu funksiyadan imtina edəsiniz. 
 
19. AirDrop-u söndürmək 
 
Tez tez bu funksiyadan istifadə edib fayllarınızı digər iPhone, iPad və Mac istifadəçilərinə göndərirsiniz? Düşünürik ki, xeyr. O zaman istifadə etmədiyiniz müddətcə AirDropu yanılı saxlamayın
 
20. Enerjiyə qənaət funksiyası 
 
 
Bu funksiya avtomatik olaraq enerjiniz 20%-dən az olduqda aktivləşməyi istifadəçiyə təklif edir və telefonunuzun ömrünü 2-3 saat uzatmağa bəs edir
 
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini hack etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: Günlərin birində Tesla , Apple dan daha bahalı şirkət olacaq ..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×