main-post-cover

    iPhone-nun sındırılması FBI-a hansı məbləğə başa gəlib?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    FBI-ın direktoru James Comey cinayətkarın iPhone-nun sındırılmasına sərf edilmiş vəsaiti açıqlayıb. Onun sözlərinə görə həmin məbləğ onun 7 il 4 ay işləmə dövründə qazandığından bir qədər çoxdur. Məlumata əsasən keçən il James Comey 183.000 dollar qazanc əldə etmişdir. Beləliklə iPhone-nun sındırılmasına 1.3 milyon vəsait xərclənmişdir. Maraqlısı ondadır ki, sındırılmış iPhone-nun yaddaşında FBI üçün yararlı ola biləcək məlumat olmayıb. Lakin buna baxmayaraq həmin vəsait boş yerə xərclənməyib. Belə ki, indi FBI-ın əlində IOS 9 əməliyyat sistemi üzərində qurulmuş və iPhone 5c modellərini sındırmağı bacaran tətbiqetmə var. Daha yeni modellər üçün bu üsul artıq yaramayacaq. Bundan əlavə olaraq Apple şirkəti söz verib ki, öz cihazlarının təhlükəsizliyini daha da gücləndirəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər