iPhone-nun yeni modeli yaxın zamanda təqdim olunacaq

08.05.2017 0 PAYLAŞIM 5984 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Apple” şirkəti iPhone SE-ni əvəz etməyə hazırlaşır.

Çinin Weibo adlı sosial şəbəkəsində məlumat ortaya çıxıb ki, iPhone 7 mini adlandırılan 4 inçlik ekrana sahib smartfon gələn ilin yaz fəslində yeni iPad ilə birlikdə satışa çıxacaq. iPhone 7 mini standart iPhone 7-dən həm kompakt, həmdə büdcəli olacaq. Yadınıza salaq ki, iPhone SE vaxtı ikən "Apple”ın ən ucuz smartfonu kimi təqdim olunmuşdur. "Technote.az "ın "Hi-tech.mail.ru "a istinadən verdiyi xəbərə əsasən yeni cihaz 399$ qiymətinə satışa çıxa bilər. Məlumatlara əsasən "Apple” artıq maye-kristallik ekranların təmin olunması üçün "AU Optronics” şirkəti ilə müqavilə bağlayıb. Həmin şirkət iPhone 7 və iPhone 7 Plus üçün panelləri istehsal etmişdir. Dizayn baxımından iPhone 7 mini standart iPhone 7-ə bənzəyəcək. Smartfon 3D Touch özəllikli ekran, ikinci nəsil Touch ID barmaq izi skanı və 5 MP ön kamera ilə təchiz olunacaq. Yeni smartfonun yaz fəslində yeni model iPad-lər ilə birlikdə təqdim olunması gözlənilir.