main-post-cover

    iPhone oğrularına qarşı qəti tədbir! iPhone oğurlamaq mümkünsüz hala gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bugünə qədərki ən yaxşı üsullardan biri iPhone-a gəlir. iPhone oğurluğuna son qoya biləcək bir yeniliyə birlikdə diqqət edək.
    Minlərlə manat verib satın aldığımız smartfonların oğurlanması ən böyük qorxularımızdandır. İstehsalçılar da istifadəçilərin daha təhlükəsiz hiss etmələri üçün bir çox yeni texnologiya hazırlayırlar. Şifrələmək, telefonun yerini tapmaq, uzaqdan telefona format vermək kimi texnologiyalardan sonra, indi də birbaşa oğruları hədəf alan təhlükəsizlik sistemi gəlir.
    "Technote.az”-ın "The Verge”-ə istinadən verdiyi xəbərə əsasən, "Apple"ın hazırladığı anti-oğurluq təhlükəsizlik sistemi bir patent istəyi ilə ortaya çıxdı. "Apple"ın qeydiyyata aldırdığı patent, iPhone-un oğrunun barmaq izini aldığı və şəklini çəkdiyi bir sistemə əsaslanır. iPhone-u oğurlayan şəxs hər ehtimalda Touch ID-ni istifadə edir. Əgər iPhone-un oğurlandığı barədə "Apple"a xəbər göndərilərsə, Touch ID vasitəsilə oğrunun barmaq izini almaq mümkün olacaq. Bir digər nöqtə isə qabaq kameradan oğrunun şəklini çəkiləcək olmasıdır.
    Olduqca uğurlu görünən bu metodların, istifadə ediləcəyi vaxtlarda bir sıra problem yarada biləcəyini düşünürük. Səhv məlumatlar, "Apple"ın özünü hüquqi bir mühitdə bir mübahisənin ortasında tapmasına gətirib çıxara bilər. Təbii ki, şirkətin bu və ya digər mübahisəli variantları ölçüb-biçdiyini düşünürük. Patentləşdirilmiş sistemin nə vaxt istifadəyə veriləcəyi hələki bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər