main-post-cover

    iPhone şarj aləti ayağına girdikdən sonra xəstəxanaya getmək əvəzinə şəklini Twitterə yükləyən qız

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Sosial mediada məşhur olmaq həvəsi artıq çox qəribə bir hal almağa başlayıb.

    Amerikanın Nebraska ştatında yaşayan Amerikalı bir gənc qız, ayağını səhvən bir iPhone şarj aləti ilə deşdikdən sonra xəstəxanaya getmək yerinə şəklini çəkməyə üstünlük verdi.

    Diqqət: Ürəyi zəif olan insanlar baxmasın!

    "Bugün nə etdin?” sualına veriləbiləcək ən trajedik cavablardan biri Julia Pechar tərəfindən verildi.
    On səkkiz yaşındakı Julia Pechar dağınıq bir otağa sahibdir. Pecharın məqsədi biraz qəribə idi: Otağımız addım ata bilməyəcək qədər dağınıq olduğunda, nələr olduğunu "dünyaya” internet vasitəsilə göstərmək istəyirdi. Julia Pechar, qəribə məqsədinə çatdı ancaq bu çox da istədiyi kimi olmadı. Gənc qız, iPhone şarj cihazının üstünə sözün əsl mənasında sərbəst eniş etdi.

    Solda otağın vəziyyəti, sağda sözü gedən qəribə hadisənin nəticəsi

    Çərşənbə axşamından etibarən Twitterdə üç şəkil paylaşıldı. Bir şəkilin mövzusu kaos içində üzən dağınıq bir otaq, digər ikisinin mövzusu isə şarj cihazının ayağı sanki mismar kimi deşməsi idi.
    Son iki görüntü həqiqətən dəhşət vericidir. Pechar, təcili olaraq xəstəxanaya getmək və ya ambulans çağırmaq yerinə, ayağının şəklini çəkməyi üstün tutub. Pechar, mövcud sağlamlıq vəziyyəti ilə bağlı açıqlama tələbinə bir cavab vermədi. Nebraskalı gənc qız BuzzFeed-ə hadisələri belə anlatdı. "Yatağıma Netflixi izləmək üçün uzandım. Elə bu anda mikrodalğalı sobanın enerjisinin getdiyini gördüm. Sürətlə ayağa qalxdım. Sözün əsl mənasında yataqdan tullandım. Şarj cihazının üstünə endiyimi ayağımdakı soyuqluqdan sonra başa düşdüm.”
    Belə sərt bir enişin olduqca ağrılı olduğunu təxmin etsək də; gənc qızın ilk reaksiyası nə ağrıya görə qışqırmaq, nə də kömək çağırmaq olub.
     
    Qəribə gənc qız, ayağının şəkillərini çəkərək Twitter-a yükləyib. Bu paylaşım, qısa müddət içində 14.000 retweet 18.000 bəyənmə toplamağı bacarıb. Gəncin ikinci işi isə çəkdiyi acını etiraf etmək olub. Julie Pecharın üçüncü işi isə əslində ilk olaraq etməli olduğu bir professionaldan kömək almaq olub.
    Sosial media çılğınlığı hər keçən istənməyən ölçülərə doğru addım-addım irəliləyir və bəzi şəxslər, maraq cəlb etmək istəyərkən dəhşət verici işlər görə bilirlər.
    Linki kopyala