main-post-cover

    iPhone SE\'dəki "SE" əlavəsinin mənasına verilən 10 ən gülməli cavab.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bildiyimiz kimi mart ayının 21'i Apple növbəti iPhone'u təqdim etdi. "SE" seriyalı bu smartfon Apple'ın ilk rəqəm olaraq adlandırılmayan smartfonu idi. Special Edition mənası verən bu hissəcik haqqında sosial şəbəkələrdə maraqlı fikirlər yazılıb. Keçilrilən sorğular zamanı "SE" hissəciyinin mənasını mobil telefon istifadəçiləri maraqlı şəkildə izah ediblər. Həmin sorğuda yazılan 10 ən maraqlı izahları sizinlə bölüşürük.

    1. Samsung's Enemy ( Samsungun düşməni ) 
    Güclü performası ilə samsungun düşməni olacağı məlumdur.

    2. Still Expensive ( Hələ də bahalı )
    Nə qədər ucuz iPhone adlansada 399$-dır. Azərbaycanda isə minumum 800 AZN olma ehtimalı var.

    3. Similar Expectations ( oxşar gözləntilər )
    Dizayn cəhətdən iPhone 5 və 5s, texniki cəhətdən 6 və 6s.

    4. Same Engineering ( Eyni mühəndislik )
    Yeni iPhone, iPhone 5 və 5s casenə sahibdir.

    5. Sports Edition ( İdman versiyası ) 
    İdman aktivliklərini izləmək üçün bacarıqlı olan M9 yardımçı hərəkət prosessoru bunu deməyə imkan verir.

    6. Superfast Execution ( Super sürətli çalışma )
    A9 prosessor və 2 GB RAM ilə 4 inç ekranlı bir telefon.

    7. Selfie Exploitation ( Selfi istismarı )
    iPhone SE ön kamerası 1.2 MP dəyərə malikdir. Güclü performansı bu kamera yaraşmır. Selfie mövzusunda telefon problem yarada bilər.

    8. Stronger Encryption ( daha güclü şifrələmə )
    iPhone SE'nin A9 çipi iPhone 5s'ə görə daha güclü şifrələmə imkanı yaradır.

    9. Supported Expansion ( dəstəklənən irəliləmə )
    iPhone 6s ən az 3-4 il yenilənmə alacağını düşünsək SE'nin də ən az o qədər yenilənmə alacağı gözlənilir.

    10. Schiller Explanis ( Schiller açıqlayar )
    iPhone təqdimatlarından tanış olan sima Phil Schiller'a yönəlik bir açılım.
    Linki kopyala