Apple’ın 9.7 düym iPad Pro ilə 21 Martda rəsmi olaraq elan edəcəyi 4 düymlük yeni telefonu iPhone SE, dizayn olaraq iPhone 5S’ə çox bənzəyəcək.
İndiyə qədər əldə edilən məlumatlara görə bu model iPhone 6s’də də istifadə olunan A9 prosessor, 3D Touch dəstəyi olmayan 4 düym ekran, Apple Pay üçün NFC və 12 megapiksel arxa kamera kimi xüsusiyyətlərlə gələcəyi deyilir. telefonlar üçün case hazırlayan önəmli firmalardan biri olan Spigen’in hazırladığı iPhone SE case diyzanı ilə də yeni modelin iPhone 5S ilə demək olar ki eyni gövdə dizaynına malik olacağı görünür.
Kənarlı dizaynın qorunduğu görünən iPhone SE, 5S ilə bənzər olaraq dairəvi səs düymələrinə sahib olacaq və güc düyməsi isə telefonun yuxarısında olacaq.
KGI Securities analisti Ming-Chi Kuo’nun təxmininə görə 400$-500$ arası qiymətə sahib olacağı deyilən iPhone SE, bu cəhətdən ucuz olacaq, amma deyildiyi kimi iPhone 5S’in qiymətinin 50% düşməsinə səbəb olacaq.