main-post-cover

    iPhone SE və iPhone 5 sürət testində qarşı-qarşıya (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dizaynını sələfləri iPhone 5 və 5s-dən alan SE, dünyanın ən güclü 4 inçlik telefonu ünvanına sahibdir. Texniki göstəricilərinə görə iPhone 6s ilə başa-baş mübarizə aparan bu telefon xarici görünüş etibarilə iPhone 5s-dən elə də fərqlənmir. Lakin daxili gücü, prossessor və kameranı nəzərə alsaq iPhone SE-nin içində olan canavar sözün əsl mənasında ortaya çıxır. iPhone 5, iPhone 5s və iPhone SE-ə eyni gözlə baxan adamlar üçün paylaşacağımız video tam yerinə düşərdi. Adrianisen adlı youtube kanalı iPhone 5 və iPhone SE arasındakı sürət fərqini izah edən video yayımlayıb. Videodan aydın görünür ki, 2 GB RAM-ı və yeni nəsil prosessoru ilə SE dünyanın ən güclü 4 inçlik telefonu olmaq ünvanını hələ bir müddət qoruyacaq. Həmin videonu sizlərə təqdim edirik.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər