Texnologiya nəhəngi Apple, yeni ağıllı telefon modeli, iPhone SE\'ni təqdim edib. Telefonu təqdim edən CEO Tim Cook, telefon haqqında bütün məlumatları desə də, \'SE\'nin mənasını açıqlamayıb.
Cavab təqdimatdan sonra ortaya çıxıb, amma əvvəlcə cavab ortaya çıxana kimi bu haqdakı təxminlər haqqında danışaq. Cook\'un tədbirdə Apple və FBI arasında olan problemə aid sözlərini də nəzərə alsaq, \'SE\'nin bəlkə də "Secure Edition" olduğu haqqında təxminlər var idi.
Təxminlər arasında ən sıxıcı olanlar "Special Edition" ya da "Second Edition" təxminləri idi. Bu təxmin kreativ olmasa da ən ideal təxmin idi, çünki bu cihaz Apple\'ın daha əvvəlki 4 düymlük iPhone modelinin davamçısı idi.
Apple\'ın bu mövzuda səssiz qalması da, bir çox maraqlı təxminin ortaya çıxmasına şərait yaratdı. Bu təxminlərə misal olaraq: "Small-Hands Edition", "Sad Edition", "Squeezed Edition", "Standard Error" və ya "Surrender, Everyone" və.s göstərə bilərik.
Nəhayət keçək \'SE\'nin mənasına. Phil Schiller\'ın Fortune\'dan Jason Cipriani\'ə verdiyi açıqlamada, \'SE\'nin mənasının ən sıxıcı təxminlərdən biri olan "Special Edition" olduğunu öyrənirik.
Şərh yoxdur